ALLAH SƏBR VERSİN .
Çin Baş naziri Ven Ciabao, 12 Mayda meydana gələn zəlzələdə can itkisinin 60 mini keçdiyini, bu rəqəmin 80 min və üzərinə çıxa biləcəyini söylədi.
Ven Ciabao, BM Ümumi Sekretarı Ban Ki-munun zəlzələnin mərkəz əsası yaxınlarındakı Yingxiunu ziyarəti əsnasında etdiyi şərhdə, zəlzələnin səbəb olduğu can itkisinin sayının "70 min, 80 min ya da daha çox bir rəqəmə" qalxa biləcəyini söylədi.
Çindəki 7,9 böyüklüyündə meydana gələn zəlzələnin ardından son olaraq 55 min ətrafında ölüm, 25 min itkin olduğu açıqlanmışdı. Yalnız 13 min əhalili Yingxiuda 8600 adamın öldüyü ifadə olunur.