SORĞU
Saytimizi Qiymetlendirin
Всего ответов: 1214
Главная » 2008 » Июнь » 16 » AVRO-2008 FUTBOL ÇEMPİONATININ MÜSeLMAN ULDUZLARI
AVRO-2008 FUTBOL ÇEMPİONATININ MÜSeLMAN ULDUZLARI
23:07
 
 
 «Avro-2008»
 
 
 
 
 
 
 
 
 
 
 
«Avro-2008» futbol üzrə Avropa çempionatının iştirakçı komandalarının tərkibində olan müsəlman futbol ulduzlarının sayına görə birinci yeri Fransa yığması tutmuşdur. Belə ki, bu komandada olan 23 nəfər oyunçunun 9-u İslam dini ardıcılıdır.

   Fransa yığma komandasının müsəlman futbol ulduzları arasında lider – Münhenin (Almaniya) «Bayer» klubunun futbolçusu, sağ cinah oyunçusu Frank (Bilal) Riberidir. 25 yaşlı bu idmançı hər oyundan əvvəl Allaha etdiyi münacatla futbol azarkeşlərinin yaddaşlarında qalmışdır.

    «İslam – mənim üçün həm futbol meydançasında və həm də ki, bu meydança xaricində güc-qüvvə mənbəyidir. Mənim həyatım kifayət qədər ağır keçmişdir. Və mənə bir aramlıq tapmaq lazım idi ki, bu aramlığı da mən İslam dininə gələndən sonra tapdım», - deyə Riberi bildirmişdir.

    Frank (Bilal) Riberinin İslam dinini qəbul etməsi ilk dəfə 2006-cı ildə, Almaniyada keçirilən futbol üzrə Dünya Kubokunun yarışları zamanı, Fransa yığma komandasının İsveçrə yığması ilə qarşılaşdığı oyunda KİV-lər tərəfindən sezilmişdi.

    Fransız futbol fanatlarının qəhrəmanı öz futbol karyerasını doğma şəhəri Bulonun (Fransa) yerli klubunda başlamışdı. Daha sonralar o «Ale» (Brest) və «Mets» komandalarında oynamışdır. Riberinin Marselin «Olimpik» komandasına keçməsi, 2005-ci ildə ona Fransanın ən yaxşı futbolçularından biri olmağa imkan vermişdir. Beləliklə, Riberi ölkənin yığma komandasına seçilmiş və 2006-cı ildə Almaniyada keçirilən futbol üzrə Dünya Kuboku yarışlarında iştirak etmişdir.

   «Avro-2008» yarışlarında Fransa yığma komandasının tərkibində olan ikinci ulduz-oyunçusu– Erik Abidaldır. «Barselona» (İspaniya) futbol klubunun 29 yaşlı müdafiəçisi 5 il əvvəl İslam dinini qəbul etmiş və Riberi kimi özünə Bilal adını götürmüşdür.

    Fransız futbolunun ən yaxşı müdafiəçilərindən biri hesab olunan Abidal bildirmişdir ki, «İslam ona yığma komanda üçün öz qüvvəsini əsirgəməməyə ilhamlandırır». «Mən bu dini onun həqiqiliyinə tam inamla qəbul etmişəm», - deyə Əlcəzair əsilli xanımla ailə qurmuş Abidal «Paris Match» jurnalına müsahibəsində qeyd etmişdir.

    İki övlad atası olan Erik (Bilal) Abidal öz proefessional futbol karyerasına 2000-ci ilin sentyabrında Monakoda başlamışdır. 2004-cü ilin sonunda o «Lill» klubuna keçmiş, daha sonralar isə öz doğma şəhərinə qayıdaraq Lionun (Fransa) «Olimpik» klubuna qoşulmuşdur. 2007-ci ildə Abidal öz qonorarlarının səviyyəsinə görə futbol aləminin ikinci klubu olan «Barselona»ya (İspaniya) keçmişdir. Onun klubla bağladığı müqavilənin qiyməti ildə 15 milyon funt sterlinqdir.

    Fransa yığma komandasında həmçinin hücumçu kimi müsəlman Tyerri Anri də oynayır. Tyerri Anri «Barselona»ya İngiltərənin «Arsenal» klubundan dəyəri 16,1 milyon funt sterlinqə çatan müqavilə bağlayaraq keçmişdir. Futbolçu həmişə adamlara İslamı daha yaxşı tanımaq üçün bu din haqqında daha çox oxumağı, müqəddəs Qurani-Kərimi öyrənməyi məsləhət görür.

    Tyerri Anri iki dəfə FİFA versiyası ilə dünyanın ən yaxşı futbolçusu nominasiyasında təltif edilmişdir. O futbol üzrə Fransa milli komandasını 1998-ci Dünya Kubokunda və «Avro-2004» çempionatında qələbəyə gətirmişdir.

    Fransa yığmasının müsəlman oyunçuları arasında super-forvard (hücumçu) Anelka da vardır. Anelka İslam dinini bir neçə il bundan əvvəl, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) «Əl-Vəssi» məscidində qəbul etmişdir. Britaniyanın «Evening Standard» qəzetinin verdiyi xəbərə görə, Anelka mərasim zamanı iki alim qarşısında Quran ayələrini əzbərdən oxumuşdur. «İslam məni çox maraqlandırır. Hələ beş il əvvəl mən bu dinlə maraqlanmağa başlamışdım və elə o zamandan da İslamı qəbul etmək barədə düşünürdüm», - deyə müsəlman olandan sonra fransız idmançısı bildirmişdir.

    Fransa yığma komandasının daha bir müsəlman oyunçusu – müdafiəçi Lilian Türamdır. Komandada olan digər müsəlmanlar arasında hücumçu Kərim Benzemanı (Lion, Fransa), yarım-müdafiəçi Samir Nəsrini (Marsel, Fransa) və sol cinah oyunçusu Hatəm bin Ərfanı (Lion, Fransa) göstərmək olar.

    Xatırladaq ki, iyun ayının 29-na qədər davam edəcək Avropa futbol çempionatında 16 yığma komanda Avstriyanın və İsveçrənin futbol meydançalarında mübarizə aparırlar. (Hadi Yəhmid «IslamOnlineislam.ru»).

     Hazırladı: AYDIN ABBASLI
Просмотров: 729 | Добавил: 72yek | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Четверг, 23.11.17, 14:27
Приветствую Вас QONAQ
GİRİŞ
TEQVİM
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
MİNİ_CHAT
200
AXTAR
DOST SAYTLAR
REYTİNG

UMUMI 1
QONAQ 1
ISTIFADECI 0